Məktəbimizdə yeni tədris ilinə start verilib

    Sentyabrın 22-si məktəbimizdə  I-IV sinifləri üzrə yeni tədris ilinə start verilib. Yeni dərs ili Dövlət himninin səsləndirilməsi ilə başlayıb. Vətənin azadlığı uğrunda şəhid olan oğul və qızlarımızın ruhu bir dəqiqəlik sükutla yad edilib. İlk dərs günü münasibətilə şagird və müəllimləri təbrik edən məktəbin direktoru Elza Bağırzadə 2021-ci ilin xalqımız üçün önəmli bir tarix olduğunu, Ali Baş komandanın başçılığı və Azərbaycan xalqının əzmi ilə 30 iliik Qarabağ həsrətinin sona çatdığını xüsusi vurğulayıb. Məktəbimizin adını daşıdığı 20 Yanvar şəhidi Eldar Məmmədovun büstü önünə əklil qoyulub. Sonra körpə fidanların ifasında şeirlər səsləndirilib, dərs ilinin ilk zəngi çalınıb. Birincilər alqış sədaları altında məktəbə daxil olub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi