"Kiçik akademiya" üzvlərinin hesabat tədbiri
23 iyun tarixində məktəbin “Kiçik Akademiya”sı üzvləri 2020-2021-ci tədris ilinin hesabatını təqdim edib.. Hesabat xarakterli tədbirdə məktəb rəhbərliyi, müəllimlər, “Kiçik Akademiya”nın prezidenti Leyla Məmmədova və “Kiçik Akademiya”nın üzvü olan şagirdlər iştirak ediblər. “Kiçik Akademiya”nın prezidenti Leyla Məmmədova çıxış edərək 2020-2021-ci tədris ilində fəaliyyət planının yerinə yetirilməsi barədə hesabat verib. Məktəbin direktoru Rəna Ağazadə “Kiçik Akademiya”nın səmərəli fəaliyyəti barədə danışıb və öz tövsiyələrini bildirib.