"Yay məktəbi" çərçivəsində Kukla terapiyası
Uşaqlar oynamağı sevirlər. Uşaqlar hisslərini böyüklər kimi mənalandıra bilmədikləri üçün bu haqda böyüklər kimi də danışmazlar. Buna görə də böyüklərlə aparılan terapiya forması uşaqlara uyğun deyil. Oyun uşaqlar üçün terapiya kimi istifadə olunduğunda uşaq yaşadıqlarını və duyğularını ifadə etmək üçün şərait tapır. Bu baxımdan "Yay məktəbi" çərçivəsində məktəbin psixoloqu Gülnar Həmidova I sinif şagirdləri üçün "Kukla terapiyası" hazırlayıb.