Son zəng

   14 iyun tarixində ölkəmizin hər bir guşəsində olduğu kimi bizim məktəbdə də “Son zəng” tədbiri keçirilib. Son zəngin vurulması ilə 2020-2021-ci dərs ilinin başa çatması qeyd olunub. Məktəbin 11-ci sinif şagirdləri "məzun" adını qazanaraq doğma məktəbə vida ediblər. Azərbaycan Respublikasının Dövlət Himninin möhtəşəm sədaları  başlayan tədbiri məktəbimizin direktoru Rəna xanım Ağazadə açıq elan edərək ölkəmizdə gedən hərtərəfli inkişafdan danışaraq hər bir sahədə olduğu kimi təhsil sferasına da respublika Prezidenti cənab İlham Əliyevin və onun xanımının diqqət və qayğısı olduğunu xüsusi vurğulayıb. O, öz çıxışında tədbir iştirakçılarına məktəbin nailiyyətlərindən, məzunlarımızın uğurlarından bəhs edərək şagirdlərimizin müxtəlif müsabiqə və yarışların iştirakçıları olduqlarını qeyd edib və bu müsabiqələrdə qalib gələn şagirdləri Fəxri Fərmanla təltif edib. Buraxılış imtahanlarında yüksək nəticə göstərən məzunları təbrik edərək onlara uğurlar arzulayıb.Tədbirin yekununda məktəbin simvolik “Bilik Açarı”-nı məzunlar X sinif şagirdlərinə təhvil veriblər.  Sonda son zəng səslənib. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi