Valideynlər üçün "Məhrəmiyyət " mövzusunda maarifləndirici təlim

      Bildiyimiz kimi, məktəb valideynlərin iştirakı olmadan yeni nəslin tərbiyəsi sahəsində qarşıya çıxan bütün problemləri həll edə bilməz. Şagirdlərin təlim müvəffəqiyyəti ilə valideynlərin pedaqoji bilikləri arasında birbaşa əlaqə vardır. Bir qayda olaraq, düzgün ailə tərbiyəsi görmüş uşaqların təlim müvəffəqiyyəti də yüksək olur. Lakin ailə tərbiyəsində ciddi nöqsanlara yol verən ailələr də az deyildir. Bunun əsas səbəblərindən biri valideynlərin pedaqoji biliyinin az olmasıdır. Valideynlərin pedaqoji biliyinin artırılması üçün məktəblərdə valideynlərlə müxtəlif pedaqoji yönümdə işlər aparılır. Bu tədbirlərdən biri də psixoloq Gülnar Həmidovanın  "Şagirdlərdə məhrəmiyyət" mövzusunda keçirdiyi onlayn təlim olub. Təlimdə şagirdlərin valideynləri iştirak edib, valideynlərin övladları ilə cinsi tərbiyənin neçə yaşdan başlaması, onlarla bu mövzuda necə dialoq qurmaları müzakirə edilib.Cinsi tərbiyənin önəmli olduğu və valideyn-övlad münasibətlərinin düzgün qurulmamasının ağır fəsadları faktlarla göstərilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi