İlqar Mirzəyev adına 2"A" sinfi

"Azərbaycan xalqının tarixi qələbəsinin tədrisdə əks etdirilməsi haqqında" Bakı şəhəri üzrə Təhsil İdarəsinin 2020-2021-ci tədris ili üçün Fəaliyyət Planının 3.2.6. bəndinə uyğun olaraq iyunun 3-də ibtiidai sinif müəllimi Lamiyə Xudiyevanın  təşkilatçılığı ilə 2"A" sinif  şagirdlərinin iştirakı ilə “Nümunəvi siniflərin şəhid adları ilə adlandırılması” mövzusunda sinif təşkilatı saatı keçirilib. Tədbirdə məktəb rəhbərliyi iştirak edib. Tədbir Dövlət himninin səsləndirilməsi lə başlayıb, sonra şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Milli Qəhrəman İlqar Mirzəyevin adını daşıyan 2"A" sinif şagirdləri qəhrəmanın həyatı və döyüş fəaliyyəti haqda məlumat veriblər, vətənpərvərlik mövzusunda şeirlər səsləndiriblər. Sonda çıxış edən məktəbin direktoru R.Ağazadə nüəllim və  şagirdləri bu  münasibətlə təbrik etmiş və onlara hədiyyələr təqdim etmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi