Dünyamızın parlayan rəngləri

Gələcəyimiz olan uşaqların asudə vaxtlarının səmərəli və maraqlı təşkil olunması, sağlam böyüməsi,onların təhsili və hüquqlarının qorunması istiqamətində aparılan işlər hər zaman məktəb rəhbərliyinin diqqət mərkəzindədir. Bununla əlaqədar olaraq məktəbin psixoloqu Gülnar Həmidova 1 iİyun Uşaqların Müdafiəsi günü münasibətilə "Dünyamızın parlayan rəngləri" adlı psixoloji tədbir keçirib. Tədbirdə şagirdlərlə birgə art terapiya texnikalarından istifadə edilmişdir. Şagirdlər bacarıqlarını nümayiş etdirərək öz əllərini boyamışlar. Şagirdlərin hər biri öz təsəvvürlərində canlandırdıqları göy qurşağını yaratmışlar. Tədbirin sonunda uşaqlar üreyindəki arzularını yazaraq, şarlara bağlayıb göyə uçurmuşlar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi