Professor Lütfi Zadənin həyat və yaradıcılığına həsr olunmuş tədbir

    Mayın 24-də məktəbin informatika müəllimi Nərmin Xasmetova 8"C" və "D" sinif şagirdləri ilə azərbaycanlı alim, görkəmli elm xadimi, qeyri-səlis məntiq nəzəriyyəsinin banisi Lütfi Zadənin 100 illik yubileyinə həsr olunmuş onlayn tədbir keçirib. Tədbirdə məktəb rəhbərliyi və müəllimlər iştirak edib. Tədbirdə əvvəlcə  şagirdlərin Lütfi Zadənin həyat və yaradıcılığı haqqında hazırladıqları videoçarx izlənilib. Sonra görkəmli alimin elm sahəsində gördüyü işlər, qeyri-səlis məntiq nəzəriyyəsi və beş fundamental nəzəriyyəsini əks etdirən təqdimat nümayiş olunub. Tədbirin sonunda məktəbin direktoru Rəna Ağazadə çıxış edərək müəllim və şagirdlərə təşəkkürünü bildirib, tövsiyyələrini çatdırıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi