Məntiq yarışının Final mərhələsi

21, 36 , 145 və 298 nömrəli məktəblərin birgə əməkdaşlığı çərçivəsində görkəmli elm xadimi Lütfi Zadənin 100 illik yubileyi münasibəti ilə 28 aprel 2021 -ci il tarixində 4 məktəbin 4-cü və 5-ci sinif şagirdləri arasında keçirilmiş məntiq yarışmasının Final mərhələsi baş tutdu. Final mərhələsində məktəblərin direktorları , fənn müəllimləri şagirdlər virtual məktəb platformasında təşkil olunmuş görüşə qatıldılar. İlk öncə məktəb rəhbərləri çıxış edərək belə bilik yarışlarının şagirdlərin inkişafında müsbət rol oynadığını onların sosial münasibətlərini yaxşılaşdırdığını , özünəinam , sağlam rəqabət hissinin düzgün aşılandığını bildirdilər. Daha sonra görüşün aparıcısı 298 nömrəli məktəbin riyaziyyat müəllimi Sahibə Vəlizadə uşaqlara yarışın qaydalarını izah etdi və testin linkini öncədən yaradılmış qrupa yerləşdirdi. Saat 19: 00 da aktivləşən 30 sualdan ibarət olan test tapşırığını şagirdlər 2 saat ərzində kameraları açıq olmaq şərti ilə cavablandırdılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi