Oxu texnikasının yoxlanılması

    Şagirdlərin oxu bacarığı onların diqqətli, sürətli və davamlı oxu vərdişləri ilə bağlıdır. Bu, məktəbimizin ibtidai siniflərində müntəzəm olaraq izlənilir.Orta məktəbə qədəm qoyan şagird məlumatların böyük bir qismini oxumaqla alır. O nə dərəcədə sürətlə oxuyursa, nə dərəcədə anlayaraq oxuyursa, intellekti bir o qədər sürətlə inkişaf edir. Ona görə də şagirdin təhsildə uğuru xeyli dərəcədə oxu bacarığının səviyyəsi ilə bağlıdır. İbtidai siniflərdə oxunun müxtəlif növlərindən istifadə etmək, şagirdlərdə düzgün, sürətli və ifadəli oxu vərdişləri yaratmaqla onun şüurluluğuna da təsir göstərir. 0xu texnikasının monitorinqini aparmaq məqsədilə məktəbin loqopedi Sevinc İbrahimova  mayın 18-də 2"A" sinfində şagirdlərin oxu bacarıqlarının səviyyəsinin öyrənilməsi və qiymətləndirilməsini həyata keçirmişdir. Aparılan yoxlama zamanı məlum olmuşdur ki, şagirdlər onlar üçün göstərilən normalara uyğun oxu texnikasına yiyələniblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi