20 Yanvar şəhidi Eldar Məmmədova həsr olunmuş anım tədbiri

      Azadlıq mücahidi, 20 Yanvar şəhidi Eldar Məmmədov 1966-cı ilin 13 may tarixində Bakı şəhərində anadan olub. 5 nömrəli çörək zavodunda fəhlə işləyib. Subay idi. 19-u günü Eldar qonşuları Fərhadla birlikdə Olimp mağazasının yanında tankla üz-üzə gəlmiş,tankın üzərinə qaçmışdır və tank tərəfindən atəşə tutulmuş, güllə Eldarın boğazından dəymiş və bel hissəsindən çıxmışdır. Fərhad Eldarı yaxındakı evlərin birinə aparıb. Həkim gələnə kimi o keçinib. Şəhidlər xiyabanında dəfn edilib. Bu gün məktəbimizin 3"A" sinif şagirdləri azadlıq mücahidi Eldar Məmmədovun anım gününə həsr olunmuş tədbir keçiriblər. Şagirdlər şəhidin məktəbin həyətində ucaldılmış büstü önünə qərənfillər düzüblər. Şagirdlərin ifasında vətənə, şəhidlərə həsr olunmuş məlumatlar, şeirlər səsləndirilib.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi