Azadlığı, inamı xalqa Sən bağışladın!

Mayın 10-da Azərbaycanın dahi siyasi xadimi, ümummilli liderimiz Heydər Əliyevin 98 illik yubileyi qeyd olunur. Bununla əlaqədar olaraq məktəbin fəaliyyət planına əsasən müxtəlif tədbirlər həyata keçirilir. Mayın 8-də məktəbin 6"A" sinif rəhbəri Məlahət Ələkbərova mövzu ilə əlaqədar olaraq təşkilat saatı keçirmişdir. Məktəb rəhbərliyinin iştirakı ilə keçən tədbirdə çagirdlər ulu öndərin həyat və fəaliyyəti haqqında məlumatlar səsləndirmişlər. Mövzu ilə bağlı videotəqdimat hazırlanmışdır. Sonda məktəbin direktoru Rəna Ağazadə çıxış edərək bildirmişdir ki, müstəqilliyimizin və dövlətçiliyimizin qorunub saxlanılması Ulu Öndərin adı ilə bağlıdır. Tarix 20-ci əsrdə Azərbaycan xalqına Heydər Əliyevin timsalında dahi rəhbər və müdrik dövlət xadimi bəxş etdi. Ümummilli Liderimiz Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə qayıdışı müstəqil dövlətçiliyimizin qorunub möhkəmlənməsində müstəsna rol oynadı. Hazırkı müstəqil Azərbaycan Ulu Öndər Heydər Əliyev dühasının, onun misilsiz xidmətlərinin bəhrəsidir. Rəna Ağazadə sinif rəhbəri və şagirdləri təbrik edərək onlara öz tövsiyyələrini bildirmişdir. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi