Qarabağ musiqisi-qəlbin musiqisidir!

Musiqinin beşiyi Qarabağ...

Qarabağ torpağı Azərbaycan mədəniyyətinin ilk və ulu beşiklərindən biridir. Qarabağ – Natəvanın, Vaqifin, Zakirin, Əbdürrəhim bəy Haqverdiyevin, Üzeyir Hacıbəyovun, Bülbülün, Xan Şuşinskinin, Qaryağdıoğlunun vətənidir. Qarabağ musiqi beşiyidir! Qeyd edək ki, vaxtilə Şuşa “ Zaqafqaziyanın konservatoriyası” adlandırılmışdır. Azərbaycanın ürəyi sayılan Qarabağ diyarı bu ölkəmizə neçə-neçə istedadlı övladlar bəxş etmişdir. Qarabağ deyəndə təkcə unikal təbiətə malik olan bir bölgə, ölkənin təbii abidələri siyahısına daxil edilmiş landşaftlar deyil, həm də istedadlı şairlər, yazıçılar, musiqiçilər, xanəndələr nəzərdə tutulur. Məktəbimizin ibtidai sinif müəllimi Vəsilə Nəcəfovanın təşkilatçılığı ilə 4"D" sinif şagirdləri arasında "Qarabağ musiqisi-qəlbin musiqisidir!" adlı şeir və mahnı müsabiqəsi keçirilib. Şagirdlər bu müsabiqədə Qarabağa həsr olunmuş mahnılar ifa etmiş, şeirlər söyləmişlər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi