Qarabağın görkəmli şəxsiyyətləri

Aprelin 23-də məktəbin informatika müəllimi Kəmalə Allahverdiyevanın təşkilatçılığı ilə "Qarabağın görkəmli şəxsiyyətləri" mövzusunda dərs keçirilib. Dərs 5"B" sinfində təşkil edilib. Tədbiri giriş sözü ilə açan Kəmalə müəllimə qeyd etmişdir ki, dünyanın bir çox alimləri Azərbaycanı təbii muzey adlandırmışlar. Bu muzeyin ən unikal mərkəzi Qarabağ hesab olunur. Sonra şagirdlər Qarabağın tanınmış elm, incəsənət, mədəniyyət xadimləri haqqında məlumatlar səsləndiriblər. Mövzu ilə əlaqədar olaraq videofilm nümayiş etdirilib. Tədbirin sonunda çıxış edən məktəbin direktoru Rəna Ağazadə tədbirin mükəmməl şəkildə hazırlanmasına görə müəllim və şagirdləri təbrik edib, onlara öz tövsiyyələrini çatdırıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi