Yeniyetmələrin sağlam həyat tərzi
Aprelin 13-də məktəbin biologiya müəllimi İradə Dəmirova tərəfindən zərərli vərdişlərin insan sağlamlığı üçün nə qədər təhlükəli olduğunu aşılamaq məqsədilə onlayn tədbir keçirilib. Yuxarı sinif şagirdlərinin iştirak etdiyi tədbirdə " Zərərli vərdişlər və onların insan sağlamlığına mənfi təsiri", "Bu vərdişlərin yaranma səbəbləri", "Zərərli vərdişlərdən necə qorunmaq olar" mövzularında diskussiyalar aparılıb.