5 mart - Bədən Tərbiyəsi və İdman Günüdür
Hər il martın 5-i ölkəmizdə Bədən Tərbiyəsi və İdman Günü kimi qeyd olunur.Bununla əlaqədar olaraq məktəbin idman müəllimi Ayaz Kərimovun təşkilatçılığı ilə 7"C" sinif şagirdlərinin təqdimatında "Çövkan oyunu-keçimişimizdən bugünə" adlı tədbir keçirilib. Tədbir Dövlət Himninin səsləndiriməsi ilə başlayıb. Şagirdlər çıxış edərək Azərbaycan xalqının qeyri-maddi mədəni irsinin daha bir nümunəsi - Qarabağın qədim atüstü oyun ənənəsi olan çövkənin UNESCO-nun siyahısına salınması tarixindən,bu faktın cənnət Qarabağın Azərbaycanın ayrılmaz bir parçası olduğunu bir daha dünyaya nümayiş etdirdiyini xüsusilə vurğulayıblar.