Tarixi abidələrimizə virtual ekskursiya

19.02.2021-ci il tarixində məktəbimizin psixoloqu Həmidova Gülnar və ibtidai sinif müəllimi  Lamiyə Xudiyevanın təşkilatçılığı ilə  "2A" sinif şagirdlərinin Qobustan Dövlət Tarixi-Bədii qoruğuna virtual məktəbdə onlayn ekskursiyası təşkil edildi. Onlayn ekskursiya olduqca maraqlı keçdi. Şagirdlər öncə Qobustan dövlət qoruğundakı muzeyi gəzərək Qobustan qayalarının tarixçəsi haqqında məlumat əldə etdilər. Muzey çox gözəl dizayn edilmişdi. Muzeyin hər bir bölməsi bir ayrı gözəl idi. Bir sözlə keçmiş və müasir dövr bir məkanda cəmlənmişdi. Hər bir bölmədə divarlara Qobustan qayaları haqqında məlumat verən xüsusi monitorlar quraşdırılmış, döşəmələrə və divarlara qədim insanların məşğuliyyətini və həyat tərzini əks etdirən işıq şüalarından ibarət təsvirlər salınmışdı. Şagirdlər monitorlardan istifadə edərək Qobustan qayalarının tarixi haqqında məlumat əldə edir, oyun monitorlarından istifadə edərək qədim təsvirlərlə müasir təsvirləri eyniləşdirir və muzeydəki eksponatlarla yaxından tanış olurdular. Muzeylə tanışlıqdan sonra şagirdlər Qobustan qayalarını onlayn gəzdilər və qədim insanların qayalar üzərindəki əl izləri ilə daha yaxından tanış oldular.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi