Pedaqoji Şura iclası keçirilib
Azərbaycan Respublikası Təhsil Nazirliyinin Kollegiyasının "Xüsusi karantin rejimi dövründə ümumtəhsil pilləsində təhsilanların attestasiyasının (məktəbdaxili qiymətləndirmənin) aparılmasının müvəqqəti Qaydaları" ilə əlaqədar olaraq məktəbimizdə Pedaqoji Şuranın növbədənkənar onlayn iclası keçirildi. İclasda kollegiyanın qərarından irəli gələn məsələlər, qiymətləndirmənin formaları və vasitələri, şagirdlərin və müəllimlərin qarşılaşa biləcəyi çətinliklər və onların ədalətli həlli yolları müzakirə edildi.