20 Yanvar-qürur və İftixar günümüz

20 Yanvar Azərbaycan tarixinin ən dəhşətli faciələrindən biri olmaqla yanaşı, həm də şərəfli səhifəsidir. Qanlı Yanvarda şəhid olmuş qəhrəman oğul və qızlarımız Azərbaycanın müstəqillik əldə etməsində misilsiz rol oynayıblar. Məktəbin 4"C" sinif müəllimi Xatirə Şirinovanın təşkilatçılığı ilə "20 Yanvar-qürur və İftixar günümüz" adlı tədbir keçirilib. Tədbirdə məktəb rəhbərliyi, müəllimlər, 4"C" sinif şagirdləri iştirak edib.Tədbirdə qonaq qismində II Qarabağ müharibəsi qaziləri-Vətən uğrunda və Qubadlının azad olunmasına görə medalları ilə təltif edilən Anar Hüseynov və məktəbimizin fəxri məzunu, Füzuli, Cəbrayıl, Xocavənd, Laçın uğrunda gedən döyüşlərdə iştirak edən Bəhram Hüseynov da iştirak edib. Şagirdlər şəhidlərimizə həsr olunmuş şeirlər və məlumatlar səsləndiriblər,  II Vətən Müharibəsinin iştirakçısı olmuş qəhrəman döyüşçülərə müxtəlif suallar ünvanlayıblar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi