20 Yanvar faciəsi Tarixin qəhrəmanlıq səlnaməsidir

    20 Yanvar faciəsi  Azərbaycan xalqının qan yaddaşına həkk olunmuş qanlı və şanlı bir faciədir. Bu il həmin hadisələrdən 31 il ötməsinə baxmayaraq hələ də xalqımız həmin faciə qurbanlarını dərin hörmət və ehtiramla anır. Hər il olduğu kimi bu il də məktəbimizdə 20 Yanvar faciəsinə həsr olunmuş müxtəlif səpkidə tədbirlər həyata keçirilməkdədir. Bu tədbirlərdən biri də informatika müəllimi Cəmilə Mehdiyevanın təşkilatçılığı ilə keçirilən "20 Yanvar faciəsi Tarixin qəhrəmanlıq səlnaməsidir" adlı videokonfrans olub. 9"D" sinif şagirdlərinin iştirakı ilə keçirilən tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Şagirdlərin ifasında dəhşətli faciəni əks etdirən məlumat və şeirlər səsləndirilib. Videofilm nümayiş etdirilib. Tədbirin sonunda məktəbin direktoru Rəna Ağazadə çıxış edərək 1990-cı ildə baş vermiş bu hadisənin  xalqımızın qan yaddaşına faciə kimi yazılmaqla yanaşı milli qürur mənbəyinə çevrildiyini də qeyd etmişdir.  

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi