"Qarabağ Azərbaycandır" müsabiqəsinin rayon turunun qalibi

       Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən keçirilən “Qarabağ Azərbaycandır!” adlı intellektual müsabiqənin paytaxtın inzibati rayonları üzrə II mərhələsi başa çatıb. Məktəbdaxili mərhələdə ən yüksək nəticə əldə etmiş 294 şagird II mərhələdə qalibiyyət uğrunda rəqabət aparıb. Hər inzibati rayon üzrə ilk 3 yerin sahibi olan 36 şagird müsabiqənin final mərhələsində iştirak etmək hüququ qazanıb. Qeyd edək ki, mövcud epidemioloji vəziyyət nəzərə alınaraq, müsabiqə hazırlanmış müvafiq proqram təminatı vasitəsilə onlayn qaydada keçirilib. Müsabiqədə BŞTİ-nin tabeliyində olan ümumtəhsil məktəblərinin VIII-XI sinif şagirdləri iştirak edib. Müsabiqənin əsas məqsədi şagirdlərin vətənpərvərlik ruhunda tərbiyəsi işnin davamlı təşkilinə nail olmaq, Vətən Müharibəsində şəhid olanların xatirəsini ehtiramla yad etmək, Azərbaycan Ordusunun göstərdiyi şücaətə uşaq və gənclərin diqqətini cəlb etmək, habelə xüsusi istedada malik olan uşaqları üzə çıxarmaq, şagirdlərdə araşdırmaq, təhlil aparmaq bacarıqlarını inkişaf etdirməkdən ibarətdir. Bu müsabiqədə məktəbimizin təmsilçisi 9"B" sinif şagirdi Nihad Əsədov olmuşdur. Nihad 25 sualı düzgün cavablandıraraq müsabiqənin  rayon turu mərhələsinin qalibi olmuşdur. Şagirdimizi ürəkdən təbrik edir və final turunda uğurlar arzulayırıq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi