Məktəb psixoloqundan onlayn psixoloji iş

        Məktəbdə psixoloji xidmətin əsas vəzifəsi - şagirdlərin təlim və tərbiyəsi sahəsindəki çətinlikləri, onların şəxsi və intellektual inkişafındakı qüsurları aradan qaldırmaqla, təlim-tərbiyə sahəsində məktəbdə aparılan işin səmərəliliyini yüksəltməkdə, sosial cəhətdən fəal, yüksək ideya inamına malik şəxsiyyətin formalaşdırılmasında pedaqoji kollektivə köməklik göstərməkdən ibarətdir. Məktəbimizdə də mütamadi olaraq mövcud tibbi-profilaktik vəziyyətlə əlaqədar şagirdlərin təhsildən geri qalmaması və onların psixoloji sağlamlığının qorunması istiqamətində məqsədyönlü işlər görülür. Məktəbin psixoloqu Gülnar Həmidova Covid 19 virusu səbəbi ilə uşaqlarda yaranan qayğı narahatlığını necə aradan qaldırılmasından, pandemiya dövründə valideynlərin  övladlarına göstərə biləcəkləri psixoloji yardımlardan bəhs edən təlim təşkil edib. Təlimdə əsasən məktəbin ibtidai sinif şagirdləri və valideynləri iştirak edib.

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi