"ZƏFƏRDƏN DOĞULAN TORPAĞIM!" onlayn rəsm müsabiqəsi

     10 noyabr 2020-ci il - Qələbə günü. Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı bu gün. Xalqımızın 30 ildən bəri intizarla gözlədiyi şad xəbərin müjdəsini verdi Ali Baş Komandan. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uzunmüddətli, ardıcıl həyata keçirdiyi məqsədyönlü işlərin, xüsusilə ordu quruculuğu sahəsində gördüyü tədbirlərin bəhrəsi olaraq Azərbaycanın müzəffər ordusu canı, qanı hesabına şanlı tarix yazdı. 44 gün davam edən Vətən müharibəsi Ali Baş Komandanımızın qətiyyətini, xalqımızın bir yumruq kimi birliyini, şanlı Ordumuzun şücaətini dünyaya nümayiş etdirdi. Dünya bu birlik, vəhdət qarşısında heyrətini gizlədə bilmədi, dostlarımız sevindi, düşmənlərimiz xar oldu. Bir-birinin ardınca gələn qələbə sevincli xəbərlər hər bir vətən övladının ruhuna,canına hopdu. İstedadlı şagirdlərimiz bu sevinci fırçaların, rənglərin vasitəsilə ifadə etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi