15 Sentyabr-Bilik günü
Bu gün-sentyabrın 15-dən etibarən bütün ümumtəhsil müəssisələrində olduğu kimi məktəbimizdə də tədris prosesi başlayıb. Məktəbimiz Nazirlər Kabineti yanında operativ qərargahın verdiyi qərara əsasən, hazırlanan xüsusi tələblərə uyğun olaraq fəaliyyətə başlayıb. Şagirdlər məktəbin həyətində əvvəlcədən onlar üçün sosial məsafəni bildirən xüsusi işarələrdə yerləşdirilib. Məktəb binasına daxil olan zaman girişdə nəzarətçilər tərəfindən hərarət ölçən cihazlarlarla yoxlanılıb. Qapıdakı nəzarətçilər uşaqların müvafiq qaydalara, sosial məsafəyə riayət edərək məktəb binasına daxil olmalarına diqqət yetirib. Nəzarətçilərin hər biri tibbi maska və üz sipərindən istifadə edib.