İstiqlalımızın bayramı

    Xalqımızın azadlıq və müstəqillik mübarizəsi tarixinə qızıl hərflərlə həkk olunmuş 1918-ci il mayın 28-i hər bir Azərbaycan vətəndaşının milli qürur hissi duyduğu, arzularının çiçək açdığı bir gündür. Bu müqəddəs gün məktəbimizdə də xüsusi təntənə ilə qeyd olunur. Bu səpkidə tədbirlərdən biri də məktəbin "Ana dilimizi sevək, sevdirək!" adlı dərnəyinin üzvlərinin hazırladıqları onlayn kompozisiyadır. Dərnək üzvləri Məhəmmədhüseyn Şəhriyarın "Azərbaycan" şeirinə müraciət etmişlər. Bundan əlavə şagirdlərin ifasında səsləndirilən "Cümhuriyyət nəğməsi" mahnısı xüsusi marağa səbəb olmuşdur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi