"Gənc istedadlar" breyn-rinq bilik yarışının "28 May-Respublika Günü"nə həsr olunmuş növbəti mərhələsi

    .Azərbaycan Respublikası Təhsil Nazirliyinin F-531 nömrəli əmrinin icrası ilə bağlı BŞTİ-nin Tədbirlər Planına və məktəbin Fəaliyyət Planına müvafiq olaraq ayrı-ayrı fənlər üzrə ümid verən istedadlı şagirdlərin olimpiadalara, müsabiqə və yarışlara cəlbinin daha da genişləndirilməsi, onların intellektual oyunlarda iştirakının təşviq və təşkil olunması, şagirdlərin müxtəlif sahələr üzrə istedad və qabiliyyətinin, dünyagörüşünün, intellektual səviyyəsinin, müzakirə, təhliletmə, nitq qabiliyyəti, özünü təqdimetmə və kollektivi təmsil etmə qabiliyyətinin, İKT-dən istifadədə elmi bacarıqlarının üzə çıxarılması məqsədilə mayın 25-də 21, 36, 76, 113, 145 və 312 nömrəli tam orta məktəblərində fəaliyyət göstərən "Kiçik akademiya" üzvələrinin iştirakı ilə "Gənc istedadlar" breyn-rinq bilik yarışının zoom proqramı ilə "28 May Respublika Günü"nə həsr olunmuş onlayn beşinci mərhələsi keçirilidi. “Müasir dövrdə ümumtəhsil məktəb şagirdlərinin tərbiyəolunma sisteminin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Təhsil Nazirliyinin 2019-cu il üçün Fəaliyyət Planına əsasən şagirdlərdə tədqiqatçılıq bacarığının formalaşdırılması ilə bağlı onların araşdırma tələb edən layihələrə cəlb olunması məqsədilə yarışın bu mərhələsində şagirdlər Cümhuriyyət tarixi, informatika, həyat bilgisi və ümumi dünyagörüşü üzrə bilik və bacarıqlarını sınadılar. Qeyd edək ki, layihə artıq 3 ildir ki, davam edir və növbəti aylarda sözügedən məktəblərdə müxtəlif mövzulrada yarışların davam etdirilməsi nəzərdə tutulur. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi