Hüquqlarımızı öyrənirik!

      Ombudsmanın təşəbbüsü ilə ənənəvi olaraq hər il “18 iyun - İnsan Hüquqları Günü” ərəfəsində 18 may - 18 iyun Respublikamızda “İnsan hüquqları aylığı” keçirilir. Bununla əlaqədar olaraq hər il məktəbimizin ayrı-ayrı sinifləri də bu aylığa qoşulur və bu aylıq çərçivəsində müxtəlif tədbirlər hazırlayır. Bu il də məktəbimizdə həmin tədbirlər fərqli formatda-onlayn şəklində keçirilir. Belə tədbirlərdən biri də məktəbin informatika müəllimi Nərmin Xasmetovanın təşkilatçılığı ilə 7"D" sinif şagirdlərinin hazırladıqları videoçarxdır. Videoçarxdan da göründüyü kimi şagirdlər uşaq hüquqlarının bəzi maddələri haqqında geniş məlumat veriblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi