"Evdə qal, təhsilsiz qalma!" devizi altında ibtidai sinif şagirdləri üçün təşkil olunan online dərslər

     Ölkəmizdə koronavirus infeksiyasının (COVİD-19) yayılmasının qarşısının alınması ilə əlaqədar olaraq məktəbimizin ibtidai sinif şagirdləri də  #evdəqal, təhsildən qalma aksiyasında fəallıq göstərir, fərqli təşəbbüslərlə çıxış edirlər. Bununla şagirdlər hər kəsi #evdəqal çağırışına əməl etməklə, koronavirusa yoluxma riskini azaltmağa çağırırlar. Bu gün də koronavirusun yayılması nəticəsində məktəblərin müvəqqəti olaraq fəaliyyətini dayandırdması ilə bağlı müəllimlərin qarşısında şagirdlərin təlim-tədrisdən qalmamasını təmin etmək vəzifəsi durur. Bununla əlaqədar olaraq məktəbimizin ibtidai siniflərində də online dərslər keçirilir, şagirdlər müəllimlərin təşkil etdiyi bu dərslərdə fəal iştirak edirlər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi