IX siniflərdə imtahan stressi ilə bağlı psixoloji söhbət
1 mart 2020-ci il tarixində 9-cu sinif şagirdləri üçün buraxılış imtahanının birinci mərhələsi keçiriləcəkdir. Bununla əlaqədar olaraq fevralın 27-də məktəbin psixoloqu Pəri İsmayılova IX sinif şagirdləri ilə psixoloji seminar keçirib. Seminarın əsas məqsədi şagirdlərdə imtahan həyəcanını aradan qaldırmaq və imtahan haqqında maarifləndirici söhbət aparmaqdan ibarət olub.