Şagirdlər "Memorial Soyqırımı Muzeyi"ndə

     Fevralın 25-də Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar elmi-praktiki konfrans keçirilmişdir. Hərbi Prokurorluğun inzibati binasında fəaliyyət göstərən Memorial Soyqırımı Muzeyində baş tutan tədbirdə Hərbi Prokurorluğun, Xocalı Rayon İcra Hakimiyyətinin əməkdaşları, Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun, Azərbaycan Vətən Müharibəsi Veteranları və Xocalı Soyqırımını Tanıtma ictimai birliklərinin üzvləri, Xocalı sakinləri, habelə ictimaiyyət və mətbuat nümayəndələri iştirak etmişlər. Əvvəlcə Xocalı soyqırımı qurbanlarının əziz və unudulmaz xatirəsi bir dəqiqəlik sükutla yad olunmuşdur. Xocalı Rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədri Füzuli Rzaquliyev, Beynəlxalq Dialoq və İnkişaf Alyansının sədri Nüşabə Məmmədova və Xocalı sakini Təhmasib Kərimov çıxışlarında bəşəriyyətin ən böyük faciələrindən biri olan Xocalı soyqırımı barədə ətraflı çıxışlar etmişlər. Daha sonra soyqırımı haqqında Azərbaycan Respublikası Hərbi Prokurorluğunun təşəbbüsü ilə hazırlanan “Əsrin faciəsi” filmi nümayiş etdirilmişdir. Məktəbin 5"C" sinif rəbəri Güləndam Əliyeva və həmin sinif şagirdləri də konfransda iştirak etmişlər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi