"Xocalı harayı" adlı ədəbi-bədii kompozisiya

    "Bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Bu soyqırım, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir." Heydər Əliyev.

     Tarixin müxtəlif dönəmlərində ermənilər tərəfindən soyqırımına məruz qalan Azərbaycan xalqı növbəti belə faciə ilə 1992-ci ilin qarlı qışında Xocalıda üzləşdi. Dövlət müstəqilliyini yenicə qazanan Azərbaycanın üzləşdiyi ərazi itkisi ilə yanaşı, əsrin ən dəhşətli faciələrindən birini yaşaması ölkəmizin yeni tarixinə qara hərflərlə yazıldı. Məktəbimizdə də həmin dəhşətli faciəni əks etdirən "Xocalı harayı" adlı ədəbi-bədii kompozisiya keçirilib. Tədbir məktəbin ibtidai sinif müəllimləri  Lamiyə Xudiyevanın və Zinyət Kazımovanın təşkilatçılığı ilə 1"A"  və 1"B"  siniflərində keçirilib. Tədbirdə şagirdlərin ifasında şeirlər səsləndirilib. Həmin günü əks etdirən videofilm nümayiş etdirilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi