"21 Fevral- Beynəlxalq Ana Dili günü"nə həsr olunmuş "Ana dilimizi sevək, sevdirək!" adlı inşa-yazı müsabiqəsi

     Ana dili! Bizi bu işıqlı dünyaya gətirən, laylası ilə qanımıza, canımıza həyat sevgisi hopduran, ayaqları altı hər birimiz üçün behişt olan müqəddəs bir varlığın dili. Bu varlıq öz şəfqət və məhəbbətini bu dildə bəyan etmiş, beşik başında öz körpəsinə bu dildə layla çalmış və bu dil onun ruhunun ən dərin guşəsində nəqş olunmuşdur. Bir xalqın torpağı qədər dili də onun varlığının əsas şərtidir. Tariximiz, keçmişimiz, bu günümüz, sabahımız soyumuzun, kökümüzün yaratdığı ana dilimizlə təşəkkül tapıb. Ana dili xalqın dili, həm də xalqın özüdür. Bununla əlaqədar olaraq məktəbin tədbirlər planına əsasən məktəbdə "21 Fevral- Beynəlxalq Ana Dili günü"nə həsr olunmuş "Ana dilimizi sevək, sevdirək!" adlı inşa-yazı müsabiqəsi keçirilib. İnşa yazı müsabiqəsi məktəbin V-IX sinif şagirdləri arasında keçirilib.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi