Ana dilim-Doğma dilim!
21 fevral bütün dünyada Beynəlxalq Ana Dili Günü kimi qeyd olunur. Bununla əlaqədar olaraq fevralın 20-də məktəbin 1"D" sinif şagirdləri kitabxanada "Ana dilim-Doğma dilim" adlı ədəbi-bədii kompozisiya keçirib. Şagirdlər həmin günün tarixi əhəmiyyəti haqqında geniş məlumat veriblər. Sonra onlar ana dilinə həsr olunmuş şeirlər söyləyiblər. Şagirdlərin ifasında dilimizə həsr olunmuş mahnılar səslənib və rəqslər ifa olunub.