İxtiraları ilə dünyanı heyrətə gətirən alim Lütfi Zadə

     Fevralın 4-də dünya şöhrətli azərbaycanlı alim, qeyri-səlist məntiq nəzəriyyəsinin ixtiraçısı, Kaliforniyanın Berkli Universitetinin professoru Lütfi Zadənin 99 yaşı tamam olub. Bununla əlaqədar olaraq məktəbdə kimya müəllimi Məlahət Ələkbərovanın təşkilatçılığı ilə Lütfi Zadəyə həsr olunmuş şagird konfransı keçirilib. Tədbiri giriş sözü ilə açan müəllim qeyd edib ki, hər bir azərbaycanlının qürur mənbəyi olan görkəmli azərbaycanlı alim Lütfi Zadənin adı dünyanın elm tarixinə qızıl hərflərlə həkk olunub. Lütfi Zadənin elmi kəşfləri, elmi ideyaları bəşəriyyətin inkişafına, insanların rahatlığına, rifah halını yaxşılaşdırmağa xidmət edən elmi ideya və kəşflərdir. Bütün dünyada, xüsusilə Vətənində - Azərbaycanda Lütfi Zadə hörmətlə anılır. Sonra çıxış edən şagirdlər alimin elmi fəaliyyəti və dünya elminə gətirdiyi yeniliklər və qeyri-səlis məntiq nəzəriyyəsi haqqında seminar iştirakçılarına geniş məlumat veriblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi