Şəhidlər ölməz, vətən bölünməz!
Yanvarın 16-da kitabxanada 20 Yanvar faciəsininn otuzuncu ildönümünə həsr olunmuş "Şəhidlər ölməz, vətən bölünməz!" adlı "Dəyirmi masa" təşkil olunub. Məktəbin ana dili müəllimləri Xanım Səfərova və Nəzakət İbrahimxəlilovanın təşkilatçılığı ilə keçirilən tədbirdə məktəb rəhbərliyi və V-VI sinif şagirdləri iştirak edib. Çıxış edən müəllimlər Azərbaycan xalqının qədim zamanlardan bu günə qədər keçdiyi keşməkeşli tarixindən danışıblar. Onlar qeyd ediblər ki, 20 Yanvar faciəsi Sovet imperiyası tərəfindən xalqımızın müstəqillik əzmini sarsıtmaq üçün qabaqcadan düşünülmüş ssenari əsasında həyata keçirilib. Şagirdlər həmin günün bütün dəhşətli səhnələrini əks etdirən şeirlər səsləndiriblər.Tədbirin sonunda çıxış edən məktəbin direktoru Rəna Ağazadə 20 Yanvar faciəsini çağdaş Azərbaycan tarixinin qəhrəmanlıq səlnaməsi adlandıraraq o zaman üzləşdiyi məhdudiyyətlərə baxmayaraq ümummilli lider Heydər Əliyevin keçmiş sovet rəhbərliyinin Azərbaycanda törətdiyi hərbi siyasi cinayətin beynəlxalq aləmə çatdırılmasındakı böyük xidmətlərindən danışıb..