Şagirdlərimiz Heydər Əliyev Mərkəzində 20 Yanvar hüzn gününə həsr olunmuş tədbirdə

       Yanvarın 16 - da Yasamal rayon Heydər Əliyev Mərkəzində 20 yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş “20 Yanvar – Qan Yaddaşımız” adlı tədbir keçirildi. Tədbirdə Yasamal Rayonu İcra Hakimiyyəti İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini-dini qrumlarla işin təşkilatçısı Nazilə Rəhimova, Yasamal rayonu Müharibə, əmək və silahlı qüvvələr veteranları təşkılatının sədri Vaqif Məmmədov, Respublika Veteranlar Təşkilatının Gənclərin Hərbi Vətənpərvərlik tərbiyəsi şöbəsinin müdiri, ehtiyatda olan polkovnik Adil Haqverdiyev, Respublika Veteranlar Təşkilatının Gənclərin Hərbi Vətənpərvərlik tərbiyəsi şöbəsinin əməkdaşı Nəbi Hacıyev, C.Naxçıvanski adına Hərbi Liseyin İdeoloji iş və Mənəvi-Psixoloji təminat üzrə şöbə rəisinin müavini, ehtiyatda olan polkovnik – leytnant Natiq Rəhimov, Azərbaycan Dövlət Pedaqoji Kollecinin müəllim və tələbə kollektivi, Yasamal Rayonu E.Məmmədov adına 21 saylı tam orta məktəbin müəllim və şagird kollektivi iştirak etdilər. Tədbir iştirakçıları Mərkəzin “ Muzey” bölməsi ilə tanış olub, ulu öndərin əziz xatirəsini yad edib büstünün önünə gül dəstələri qoydular. 20 yanvar şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbirdə “Şəhidlər Unudulmur” adlı film nümayiş olundu. Tədbiri giriş sözü ilə Yasamal rayon Heydər Əliyev Mərkəzi fondunun baş mühafizi Azər Zeynalzadə qeyd etdi ki, Azərbaycan xalqının qəhrəmanlıq səhifəsi olan 20 Yanvar faciəsindən 30 il ötür.  O ,1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə keçmiş sovet ordusunun hərbi hissələri Bakı şəhərində müstəqil dövlət yaratmaq və öz suverenliyini əldə etmək üçün ayağa qalxan dinc əhaliyə qarşı törətdikləri qətliamdan danışıb. Tədbirdəki digər natiqlər də həmin gecə baş vermiş dəhşətli hadisələrin canlı şahidi olduğu acı xatirələrindən danışıblar. Tədbirin sonunda məktəbimizin 3"D" şagirdlərinin ifasında 20 Yanvar faciəsinə həsr olunmuş  kompozisiya səsləndirilib..

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi