Riyyaziyyat gecəsi

        Bir çox yüzilliklərdə dünyanın bütün ölkələrində riyaziyyat ümumi təhsil sisteminin ayrılmaz hissəsi olmuşdur. Bu , tədris fənni kimi riyaziyyatın şəxsiyyətin formalaşmasında nadir əhəmiyyətə malik olması ilə izah edilir. Müasir şəraitdə riyaziyyatın əsaslarının öyrənilməsi gənc nəslin ümumtəhsil hazırlığının olduqca mühüm sahəsidir. Məktəbin riyaziyyat müəllimi Zibaxanım  Əlibalayeva "Riyaziyyat gecəsi" adlı tədbir keçirib. Gecədə məktəbin direktoru Rəna Ağazadə, riyaziyyat, informatika müəllimləri və şagirdlər iştirak ediblər. Riyaziyyat gəcəsi Azərbaycan Respublikasının Dövlət Himninin sədaları ilə başlanıb. Sonra isə şagirdlər fənlərin müqayisəsi, fəza fiqurlarının fərqi, rəqəmlərin tutduğu mövqeyi, bir sözlə: elmin insan həyatındakı rolunu hazırladıqları çıxışlarında nümayiş etdiriblər. Riyaziyyatçılar haqqında videoçarx nümayiş olunub və şagirdlərin ifasında maraqlı çıxışlar təqdim edilib. Gecədə şagirdlər öz bilik və məntiqlərini müəllim tərəfindən hazırlanmış viktorinada nümayiş etdiriblər. Tədbirin ikinci hissəsində isə siniflər üzrə  bilik yarışı keçirilib. Qalib olan komandalar diplom və hədiyələrlə təltif edilib. Gecənin sonunda məktəbin direktoru Rəna Ağazadə çıxış edərək bildirib ki, bu cür gecələrin hazırlanması şagirdlərdə böyük maraq oyadır və təhsilə olan marağı daha da artırır. Bu gecələrin hazırlanmasında əsas məqsəd riyaziyyatın təkcə elm sahəsində yox ,məntiq və maraqlı tapmacalarda da özünü göstərməsini aşılamaqdıır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi