"Gənc istedadlar" Breyn-rinq yarışının II mərhələsi keçirilib

      Azərbaycan Respublikası Təhsil Nazirliyinin F-531 nömrəli əmrinin icrası ilə bağlı BŞTİ-nin Tədbirlər Planına və məktəbin Fəaliyyət Planına müvafiq olaraq ayrı-ayrı fənlər üzrə ümid verən istedadlı şagirdlərin olimpiadalara, müsabiqə və yarışlara cəlbinin daha da genişləndirilməsi, onların intellektual oyunlarda iştirakının təşviq və təşkil olunması, şagirdlərin müxtəlif sahələr üzrə istedad və qabiliyyətinin, dünyagörüşünün, intellektual səviyyəsinin, müzakirə, təhliletmə, nitq qabiliyyəti, özünü təqdimetmə və kollektivi təmsil etmə qabiliyyətinin, İKT-dən istifadədə elmi bacarıqlarının üzə çıxarılması məqsədilə dekabrın 27-də 76 nömrəli tam orta məktəbdə 21, 36, 76, 113, 145 və 312 nömrəli tam orta məktəblərində fəaliyyət göstərən "Kiçik akademiya" üzvələrinin iştirakı ilə "Gənc istedadlar" breyn-rinq bilik yarışının ikinci mərhələsi keçirilib. “Müasir dövrdə ümumtəhsil məktəb şagirdlərinin tərbiyəolunma sisteminin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Təhsil Nazirliyinin 2019-cu il üçün Fəaliyyət Planına əsasən bölgənin (yaşayış məntəqəsinin) tarixi və coğrafiyası, flora və faunası, mədəni abidələri, dini ibadətgahları, adət-ənənələri, tanınmış şəxsiyyətləri haqqında şagirdlərdə məlumatlılığın artırılması məqsədilə yarışın bu mərhələsi bu gün öz gözəlliyi, qədim tarixi və müasirliyi ilə ölkəmizə gələn hər bir qonağı özünə heyran qoyan, günü gündən inkişaf edən gözəl Bakımıza həsr olunub. Yarışın bu mərhələsində məktəbimizin komandası 14 xalla qalib olub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi