"Valideynin məktəbdə bir günü" layihəsi
Dekabrın 19-da məktəbimizdə “Valideynin məktəbdə bir günü” adlı layihəsi həyata keçirildi. Layihənin keçirildiyi müddətdə valideynlər ilk növbədə akt zalında tədbirin rəsmi açılışında iştirak ediblər. Açılışda məktəbin direktoru Rəna Ağazadə çıxış edərək valideynlərə məktəbin nailiyyətləri haqqında ətraflı məlumat verib. Fotoşəkillərdən ibarət slayd nümayiş etdirilib. Məktəb üzrə 3-cü saat dərslər "Açıq dərs"lər elan edilib. Sonra layihənin proqramına uyğun olaraq Valideynlər yenidən akt zalına qayıdıb. Bu vaxt məktəb psixoloqunun "Bullinq" layihəsi üzrə seminarda iştirak ediblər. Tədbirin sonunda isə məktəbin istedadlı şagirdlərinin ifasında ədəbi-bədii kompozisiya keçirilib.