Kiçik Akademiya

"Təbiəti qoruyaq!" mövzüsunda seminarBakı Şəhəri üzrə Təhsil İdarəsinin 02 noyabr 2023-cü il tarixli, 3-29-59/3-2-403F/2023 nömrəli əmrinə əsasən Yaşıl layihə "Təbiəti qoruyanlar" adlı layihəsinin icrası ilə əlaqədar olaraq, "Kiçik Akademiya"nın biologiya kafedrasının üzvləri və müəllim Nərgiz Hüseynovanın iştirakı ilə "Təbiəti qoruyaq!" mövzüsunda seminar keçirildi. Seminarı giriş sözü ilə Nərgiz müəllimə açaraq şagirdlərə parklarda, dekorativ bağlarda ətraf mühitə, ağaclara, güllərə zərar vurmadan, ərazini çirkləndirmədən istirahət etmək, əylənmək və vaxt keçirməyin etik qaydalarını izah edib, onları təbiətin çirklənməsinin sağlamlığımıza və həyatımıza vura biləcəyi zərərlər barədə maarifləndirdi. Daha sonra "Kiçik Akademiya"nın üzvlərinin təqdimatında araşdırma aparıb, hazırladıqları məruzələr dinlənilib, mövzuya aid videolar və şagirdlərin hazırladıqları təqdimatlar nümayiş etdirildi.

Ətraflı

"Heydər Əliyev və müasir Azərbaycan!"2023-cü il "Heydər Əliyev ili" elan edilməsi ilə bağlı Sabunçu rayonu ümumtəhsil məktəb şagirdləri arasında keçirilən "Heydər Əliyev və müasir Azərbaycan!" mövzüsunda keçirilən rəsm müsabiqəsində lll (üçüncü) yer tutduğuna görə məktəbimizin 6 b sinif şagirdi Cəfərzadə Bətulə diplomla, 10 a sinif şagirdi Əliyeva Fidan və 11 a sinif şagirdi Nəcəfzadə Zeynəb isə fərqləndiyinə görə təşəkkürnamə ilə təltif olunmuşdur. Şagirdlərimizi təbrik edir və növbəti müsabiqələrdə uğurlar arzu edirik!

Ətraflı

"Əhməd Cavad yaradıcılığı və tarixdə rolu"Sabunçu rayonu ümumtəhsil müəssisələrinin "Kiçik Akademiya"ları arasında Azərbaycan dili və ədəbiyyat, tarix kafedraları üzrə keçirilən "Əhməd Cavad yaradıcılığı və tarixdə rolu" adlı intellektual müsabiqədə iştirak edən məktəbimizin 10 A sinif şagirdləri Xəlilova Səadət, Əhmədova Nərmin fərqlənmə diplomu qazanmışdır. Şagirdlərimizi təbrik edir və növbəti müsabiqələrdə uğurlar arzulayırıq!

Ətraflı

"Türk dünyasına baxış-Azərbaycan türk dünyasının incisi"Sabunçu rayonu "Kiçik Akademiya"larının Tarix və Coğrafiya kafedraları üzrə təşkil olunan "Türk dünyasına baxış-Azərbaycan türk dünyasının incisi" adlı təqdimat müsabiqəsində fərqləndiyinə görə məktəbimizin 8 b sinif şagirdi Xəlilova Səadət sertifikatla təltif olunmuşdur.

Ətraflı

“Heydər Əliyev və Zəfər Tariximiz – Şuşa, Laçın” adlı elmi-praktiki konfrans08.05.2021-ci il tarixdə Sabunçu rayonunun “Kiçik Akademiya”üzrə mərkəz məktəbinin, Yeni Azərbaycan Partiyası Sabunçu Rayon Təşkilatı Gənclər Birliyinin təşkilatçılığı ilə “Kiçik Akademiya”ların Humanitar bölmə, Coğrafiya kafedraları üzrə Microsoft Teams Platforması üzərindən “Heydər Əliyev və Zəfər Tariximiz – Şuşa, Laçın” adlı elmi-praktiki konfrans keçirilmişdir. Konfrans Azərbaycan Respublikasının Dövlət Himni ilə başlamışdır. Daha sonra giriş sözü olaraq Sabunçu rayonunun “Kiçik Akademiya”üzrə mərkəz məktəbinin rəhbəri, YAP Sabunçu Rayon Təşkilatı Gənclər Birliyinin sədr müavini Sərxan Şahverdiyev çıxış edərək elmi-praktiki konfrans haqqında məlumat verdi. Ardınca BŞTİ-nin müdir müavini Hüseyn Əsgərov, BŞTİ-nin Keyfiyyətə nəzarət sektorunun müdiri Anar Mustafazadə, AzTU-nun Abituriyentlərlə və tələbələrlə iş üzrə sektorunun müdiri Əsmər Nəbiyeva çıxış edərək, öz dəyərli fikirlərini konfrans iştirakçıları ilə bölüşdülər. Konfransın gündəliyinə əsasən adları siyahıda qeyd olunan şəxslərin çıxışları baş tutmuşdur : 1. 305 nömrəli tam orta məktəbin şagirdi - Əlizadə Ayan (təqdimat); 2. 215 nömrəli tam orta məktəbin direktoru - Cavad Mustafayev; 3. 75 nömrəli tam orta məktəbin direktoru - Həqiqət Bayramova; 4. 90 nömrəli tam orta məktəbin Coğrafiya müəllimi - Ramilə Məmmədli; 5. 252 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi – Jalə Gülalıyeva; 6. 74 nömrəli tam orta məktəbin şagirdi – Ülkər Əsgərova; 7. 75 nömrəli tam orta məktəbin şagirdi – Nuray Quliyeva; 8. 215 nömrəli tam orta məktəbin şagirdi – Aydan İsrayılova Qeyd: Konfransda 200-dən çox şəxs(47 məktəb üzrə müəllim, şagird) iştirak etmişdir.

Ətraflı

"Uğurumuz"Sabunçu rayonu "Kiçik Akademiya"ların Biologiya kafedraları üzrə təşkil olunan layihə müsabiqəsində iştirakına görə məktəbimizin 8 b sinif şagirdi Xəlilova Səadət sertifikatla təltif olunmuşdur.

Ətraflı

"Aprel döyüşlərindən Zəfər Tarixinə gedən yol"Sabunçu rayonu "Kiçik Akademiya"ları üzrə təşkil olunan "Aprel döyüşlərindən Zəfər Tarixinə gedən yol" adlı Steam müsabiqəsində III yer tutduğuna görə məktəbimizin 6 c sinif şagirdi Ağaverdiyev Hüseyn diplomla təltif olunmuşdur.

Ətraflı

"Kiçik Akademiya"nın biologiya kafedrasının üzvləri"Kiçik Akademiya"nın biologiya kafedrasının üzvləri mikroskopun köməyi ilə tədqiqat apararaq yarpağın hüceyrəvi quruluşunu araşdırdılar. Daha sonra onlar öyrəndikləri yeni bilikləri rəngli kağız, plastilin və qələmlərdən istifadə edərək albom vərəqlərinə əks etdirməyə çalışdılar.

Ətraflı

"Kiçik Akademiya"nın yaradılması haqqındaKamal Məmmədov adına 209 nömrəli tam orta məktəbdə "Kiçik Akademiya" 30.09.2016-cı il tarixindən fəaliyyət göstərir. Təhsilimizin inkişafına nail olmaq üçün şagirdlərimizdə stimul yaratmalıyıq. "Kiçik akademiya"da şagirdlərin fənn müəllimləri ilə görüşləri təşkil edilir. Bu şagirdlərin elmi yaradıcılığa marağını artırır, onların tədqiqatçılıq bacarıqlarını inkişaf etdirir. Məktəbdə "Kiçik Akademiya" 30.09.2016-cı il tarixindən fəaliyyət göstərir . Burada əsasən öz arzularına görə elmi-tədqiqat fəaliyyətinə meyl və maraq göstərən şagirdlər iştirak edirlər. Şagirdlər fənn müəllimlərin rəhbərliyi ilə müəyyən edilmiş istiqamətlərdə sadə elmi araşdırmalar aparır, məruzə, referat və təqdimatlar hazırlayırlar. Şagirdlərin elmi dünyagörüşünü formalaşdırmaq istiqamətində işlər aparılır. "Kiçik Akademiya" üzvləri ilə tez- tez «Dəyirmi masa»lar keçirilir, onların araşdırmalarına istiqamət verilir. Ulu öndərimizin qeyd etdiyi kimi təhsil bizim üçün önəmlidir. Təhsilimizin inkişafına nail olmaq üçün şagirdlərimizdə stimul yaratmalıyıq."Kiçik Akademiya"da şagirdlərin fənn müəllimləri ilə görüşləri təşkil edilir. Bu şagirdlərin elmi yaradıcılığa marağını artırır, onların tədqiqatçılıq bacarıqlarını inkişaf etdirir. Şagirdlərin həm fərdi, həm də kollektiv şəkildə tədqiqatlar aparmasına şərait yaradılir. Şagirdlərlə daim ünsiyyətdə olunur , onları düşündürən məsələlərlə bağlı söhbət aparılır.

Ətraflı

Beynəlxalq Sülh günü21 sentyabr Beynəlxalq Sülh günüdür. BMT bu günü 1981-ci ildə təsis edib. İlk sülh günü 1981-ci ilin sentyabrında qeyd olunub. Bu münasibət ilə "Kiçik Akademiya"nın üzvləri “Sülh günü”nün yaranma tarixindən bəhs edən məlumatlandırıcı lövhə hazırladılar.

Ətraflı

“Azərbaycan musiqisi mədəni sərvətimizdir”       Sentyabrın 18–də Milli musiqi gününə həsr olunmuş "Kiçik Akademiya"-nın üzvlərinin iştirakı ilə  “Azərbaycan musiqisi mədəni sərvətimizdir” adlı dəyirmi masa keçirildi. Məktəbin direktoru Arizə Mahmudova məruzə ilə çıxış edərək görkəmli bəstəkar, musiqişünas alim, publisist, dramaturq, pedaqoq və ictimai xadim, müasir Azərbaycan professional musiqi sənətinin və milli operasının banisi Üzeyir Hacıbəylinin həyat və yaradıcılığından və onun əsərlərindən danışdı. Şagirdlərə xadimin həyat və yaradıcılığından bəhs edən fraqmentlər nümayiş etdirildi. Üzeyir Hacibəylinin “O olmasın, bu olsun” filmindən şagirdlər tərəfindən hazırlanmış səhnəcik nümayiş etdirildi. Sonda tədbir şagirdlərin mövzu ətrafında çıxışları ilə yekunlaşdı.

Ətraflı

“Bölgənin (yaşayış məntəqəsinin) tarixi və coğrafiyası, flora və faunası, mədəni abidələri, dini ibadətgahları, adət-ənənələri, tanınmış şəxsiyyətləri” mövzüsunda tədbirMayın 30-da məktəbdə “Müasir dövrdə ümumtəhsil məktəb şagirdlərinin tərbiyəolunma sisteminin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Təhsil Nazirliyinin 2019-cu il üçün Fəaliyyət Planıın 2.1.8 bəndinə “Bölgənin (yaşayış məntəqəsinin) tarixi və coğrafiyası, flora və faunası, mədəni abidələri, dini ibadətgahları, adət-ənənələri, tanınmış şəxsiyyətləri” uyğun olaraq, məktəbin coğrafiya müəllimi Nailə Məcidovanın rəhbərliyi və “Kiçik Akademiya”nın üzvlərinin iştirakı ilə tədbir keçirildi. Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Arizə Mahmudova tədbirin keçirilməsinin əhəmiyyətindən danışdı. “Kiçik Akademiya”nın üzvləri çıxış edərək Maştağanın tarixi, tarixi şəxsiyyətləri, tarixi-mədəni abidələri, flora və faunası və müasir Maştağa haqqında geniş məlumatlar verdilər. Sonda məktəbin direktoru qəsəbəyə verdikləri dəyərə görə “Kiçik Akademiya”nın üzvlərinə təşəkkürünü bildirdi.

Ətraflı

"Kiçik Akademiya"nın üzvlərinin birgə təşkilatçılığı ilə bilik yarışı keçirildiMay ayının 24-də "Kiçik Akademiya"nın üzvlərinin birgə təşkilatçılığı ilə V-IX siniflər arasında bilik yarışı keçirildi. Yarışda suallar azərbaycan dili, riyaziyyat, ingilis dili fənnlərindən tərtib olunmuşdu. Yarışın münsiflər heyətinin tərkibində məktəbin direktoru Arizə Mahmudova, direktor müavini Xatirə Cabarova, riyaziyyat müəllimi Nəzakət Əbdürrəhimova, azərbaycan dili və ədəbiyyat müəllimi Nigar Fərzəliyeva, ingilis dili müəllimi Mehriban Qasımova iştirak edirdi. Yarış üç mərhələdən ibarətdir. I turdan VII a ,VI b sinifləri II turdan isə VIII a, IX a sinifləri qalib gələrək final mərhələyə vəsiqə qazandılar. Final mərhələsində qalib gələn siniflər məktəb rəhbərliyi tərəfindən diplom və hədiyyələrlə təltif olunacaq.

Ətraflı

Coğrafiya kafedrasıMəktəbdə yaradılmış “Kiçik akademiya”-nın nəzdində fəaliyyət göstərən coğrafiya kafedrasında coğrafiya müəllimi Nailə Məcidovanın rəhbərliyi və VII a sinif şagirdləri Kərimova Höküməxanım, Nəcəfzadə Səriyyənin iştirakı ilə araşdırma aparıldı. Şagirdlər vulkanlar haqqında geniş məlumat toplayıb, əyani şəkildə vulkan püskürməsini nümayiş etdirdilər.

Ətraflı

Biologiya kafedrasıMəktəbdə yaradılmış “Kiçik akademiya”-nın nəzdində fəaliyyət göstərən biologiya kafedrasında biologiya müəllimi Nərgiz Hüseynovanın rəhbərliyi və VIII b sinif şagirdləri Süleymanova Xəyalə, Babayeva Şəfiqənin iştirakı ilə araşdırma aparıldı. Şagirdlər çılpaqtoxumluları və dərman bitkilərini araşdıraraq onlar haqqında məlumat toplayıb, layihə hazırladılar.

Ətraflı

Rosmary Borderin “The piano” əsərinin tərcüməsiMəktəbdə yaradılmış “Kiçik akademiya”-nın nəzdində fəaliyyət göstərən ingilis dili kafedrasında ingilis dili müəllimi İbrahimova Ayselin rəhbərliyi və VII a sinif şagirdləri Allahverdiyeva Aidə, İsmayılova Günayın iştirakı ilə kitab tərcüməsininin təqdimatı və müzakirəsi keçirildi. Müzakirədə şagirdlər tərəfindən Rosmary Borderin “The piano” əsərinin tərcüməsi təqdim olunaraq, müzakirə edildi.

Ətraflı
HAQQIMIZDA

            Kamal Məmmədov adına 209 nömrəli tam orta məktəb Bakı şəhəri,Sabunçu rayonu,Maştağ...

BİZİM FƏXRLƏRİMİZ

Heydərəli Saidov Əli

Zibaxanım Seyidova Elçin

HAQQIMIZDA

            Kamal Məmmədov adına 209 nömrəli tam orta məktəb Bakı şəhəri,Sabunçu rayonu,Maştağ...

BİZİM FƏXRLƏRİMİZ

Heydərəli Saidov Əli

Zibaxanım Seyidova Elçin

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi