"Kiçik Akademiya"nın biologiya kafedrasının üzvləri
"Kiçik Akademiya"nın biologiya kafedrasının üzvləri mikroskopun köməyi ilə tədqiqat apararaq yarpağın hüceyrəvi quruluşunu araşdırdılar. Daha sonra onlar öyrəndikləri yeni bilikləri rəngli kağız, plastilin və qələmlərdən istifadə edərək albom vərəqlərinə əks etdirməyə çalışdılar.