HAQQIMIZDA

        Kamal Məmmədov adına 209 nömrəli tam orta məktəb Bakı şəhəri,Sabunçu rayonu,Maştağa qəsəbəsində yerləşir.1962/1963-cü tədris ilində fəaliyyətə başlayıb. Məktəb binası uyğunlaşdırılmış binadır. Hazırda yüksək səviyyədə təmir edilmiş və müasir maddi-texniki baza ilə təmin olunmuş bu təhsil ocağı 320 şagird yerlik olsa da, burada 664 şagird təhsil alır. Məktəbdə 44 nəfərdən ibarət pedoqoji heyət çalışır. Məktəbin kitabxanası, akt və idman zalları, futbol meydançası, informatika, fizika, kimya kabineti var. Məktəb 03 yanvar 1992-ci ildən etibarən 20 Yanvar şəhidi Kamal Məmmədovun adını daşıyır. O, 21 dekabr 1955-ci ildə Bakının Maştağa qəsəbəsində anadan olub. Orta təhsilini 209 №li tam orta məktəbdə alıb. 1990-cı ilin 20 Yanvarında ölkəmizin azadlığı və müstəqilliyi uğrunda mübarizə zamanı şəhidlik zirvəsinə yüksəlib. Maştağa qəsəbəsindəki “Şəhidlər xiyaban”ında dəfn olunub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi