"Təbiəti qoruyaq!" mövzüsunda seminar

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 02 noyabr 2023-cü il tarixli, 3-29-59/3-2-403F/2023 nömrəli əmrinə əsasən Yaşıl layihə "Təbiəti qoruyanlar" adlı layihəsinin icrası ilə əlaqədar olaraq, "Kiçik Akademiya"nın biologiya kafedrasının üzvləri və müəllim Nərgiz Hüseynovanın iştirakı ilə "Təbiəti qoruyaq!" mövzüsunda seminar keçirildi. Seminarı giriş sözü ilə Nərgiz müəllimə açaraq şagirdlərə parklarda, dekorativ bağlarda ətraf mühitə, ağaclara, güllərə zərar vurmadan, ərazini çirkləndirmədən istirahət etmək, əylənmək və vaxt keçirməyin etik qaydalarını izah edib, onları təbiətin çirklənməsinin sağlamlığımıza və həyatımıza vura biləcəyi zərərlər barədə maarifləndirdi. Daha sonra "Kiçik Akademiya"nın üzvlərinin təqdimatında araşdırma aparıb, hazırladıqları məruzələr dinlənilib, mövzuya aid videolar və şagirdlərin hazırladıqları təqdimatlar nümayiş etdirildi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi