"Kiçik Akademiya"nın üzvlərinin birgə təşkilatçılığı ilə bilik yarışı keçirildi

May ayının 24-də "Kiçik Akademiya"nın üzvlərinin birgə təşkilatçılığı ilə V-IX siniflər arasında bilik yarışı keçirildi. Yarışda suallar azərbaycan dili, riyaziyyat, ingilis dili fənnlərindən tərtib olunmuşdu. Yarışın münsiflər heyətinin tərkibində məktəbin direktoru Arizə Mahmudova, direktor müavini Xatirə Cabarova, riyaziyyat müəllimi Nəzakət Əbdürrəhimova, azərbaycan dili və ədəbiyyat müəllimi Nigar Fərzəliyeva, ingilis dili müəllimi Mehriban Qasımova iştirak edirdi. Yarış üç mərhələdən ibarətdir. I turdan VII a ,VI b sinifləri II turdan isə VIII a, IX a sinifləri qalib gələrək final mərhələyə vəsiqə qazandılar. Final mərhələsində qalib gələn siniflər məktəb rəhbərliyi tərəfindən diplom və hədiyyələrlə təltif olunacaq.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi