Məktəbdə yaradılmış “Kiçik akademiya”-nın nəzdində fəaliyyət göstərən ingilis dili kafedrasında ingilis dili müəllimi İbrahimova Ayselin rəhbərliyi və VII a sinif şagirdləri Allahverdiyeva Aidə, İsmayılova Günayın iştirakı ilə kitab tərcüməsininin təqdimatı və müzakirəsi keçirildi. Müzakirədə şagirdlər tərəfindən Rosmary Borderin “The piano” əsərinin tərcüməsi təqdim olunaraq, müzakirə edildi.