“Bölgənin (yaşayış məntəqəsinin) tarixi və coğrafiyası, flora və faunası, mədəni abidələri, dini ibadətgahları, adət-ənənələri, tanınmış şəxsiyyətləri” mövzüsunda tədbir

Mayın 30-da məktəbdə “Müasir dövrdə ümumtəhsil məktəb şagirdlərinin tərbiyəolunma sisteminin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Təhsil Nazirliyinin 2019-cu il üçün Fəaliyyət Planıın 2.1.8 bəndinə “Bölgənin (yaşayış məntəqəsinin) tarixi və coğrafiyası, flora və faunası, mədəni abidələri, dini ibadətgahları, adət-ənənələri, tanınmış şəxsiyyətləri” uyğun olaraq, məktəbin coğrafiya müəllimi Nailə Məcidovanın rəhbərliyi və “Kiçik Akademiya”nın üzvlərinin iştirakı ilə tədbir keçirildi. Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Arizə Mahmudova tədbirin keçirilməsinin əhəmiyyətindən danışdı. “Kiçik Akademiya”nın üzvləri çıxış edərək Maştağanın tarixi, tarixi şəxsiyyətləri, tarixi-mədəni abidələri, flora və faunası və müasir Maştağa haqqında geniş məlumatlar verdilər. Sonda məktəbin direktoru qəsəbəyə verdikləri dəyərə görə “Kiçik Akademiya”nın üzvlərinə təşəkkürünü bildirdi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi