ÖLKƏMİZİ TANIYAQ 2019

      12 Noyabr tarixində rayon ictimaiyyəti ilə “Ölkəmizi Tanıyaq”  tur – aksiyası çərçivəsində Gəncə - Göygöl – Şəmkir istiqamətinə yola düşəcək Binəqədi məktəblilərinin görüşü keçirilib. Görüşdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev, RİH başçısının müavinləri, Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının sədri Ramiz Göyüşov, Gənclər və İdman İdarəsinin rəisi Namiq Tarverdiyev, Rayon İcra Hakimiyyəti başçısı Aparatın şöbə müdirləri, məktəb direktorları, valideynlər, ASAN Könüllüləri, “Ölkəmizi tanıyaq” tur aksiyanın iştirakçıları iştirak etdilər.
      Tədbirdən əvvəl Ümummilli Lider Heydər Əliyevin Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının inzibati binasının qarşısında ucaldılan abidəsi önünə gül qoyuldu.

      Çıxış edən Bakı Şəhəri üzrə Təhsil idarəsinin müdir müavini Hüseyn Əsgərov son zamanlar ölkədə gedən inkişafın ölkə başçısı İlham Əliyevin gərgin əməyinin bəhrəsi olduğunu bildirdi. Daha sonra çıxış edən Binəqədi Rayon İcra hakimiyyətinin başçısı cənab Elxan Allahverdiyevə keçirilən tur – aksiyaların  bu gün ölkəsinin tarixinə, mənəvi irsinə, dərindən bələd olan savadlı gənclərin müxtəlif yüksək vəzifələrə təyin edildiyini,  bunun da ölkə başçısının gənclərə necə böyük ümidlər bəslədiyini aydın şəkildə ifadə etdiyini bildirdi.

      Noyabrın 13 – ü səhər saatlarında “Ölkəmizi Tanıyaq” tur-aksiyası çərçivəsində Binəqədi məktəblilərinin təntənəli yolasalınma mərasimi keçirilib.

     Tur – aksiya iştirakçılarının ifasında “Ölkəmizi tanıyaq” layihəsinin 5-ci ildönümü üçün hazırlanmış “Ölkəmizi Tanıyaq” himni səsləndirildikdən sonra iştirakçılar səfər edəcəyi avtobusla  yola salındı.     

    Məktəbi bu layihədə IX sinif şagirdi Ağayev Kənan Asəf oğlu təmsil edəcək. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi