HAQQIMIZDA

       Binəqədi rayonu  205 nömrəli tam orta məktəb 1930-cu ildən fəaliyyət göstərir.

       Məktəb Azərbaycanın Milli Qəhrəmanı Rövşən İmanovun adını daşıyır. 

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2019-cu il 15 yanvar tarixli Sərəncamına uyğun olaraq "Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı" na əsasən məktəb sökülərək yenidən tikilib. İki korpus və hər korpusda 4 mərtəbə olmaqla 960 şagird tutumlu məktəb inşa edilib.

      Məktəb 22 sentyabr 2021-ci il tarixində müəllim və şagirdlərin istifadəsinə verilib. Təhsil ocağında müasir avadanlıqlarla təmin olunmuş fənn kabinetləri, laboratoriyalar da daxil olmaqla 44 sinif otağı mövcuddur. Fizika, kimya, biologiya, tarix laboratoriyaları, şəbəkəyə qoşulmuş 2 kompüter otağı, zəngin kitabxanası, bufet, akt və idman zalları var.

      Məktəb kitabxanası həm bədii ədəbiyyatla, həm də dərsliklər və dərs vəsaitləri, metodik vəsaitlərlə təmin olunub. Sinif otaqları və dəhlizlər kameralar vasitəsilə izlənilir.

      Tədris prosesində İKT avadanlıqlarından, komputer, “ağıllı” lövhələr, noutbuk və proyektorlardan istifadə olunur.

    Məktəbdə 81 pedaqoji heyət və 20 texniki işçi fəaliyyət göstərir. Hazırda 1483 nəfər şagird Azərbaycan bölməsi üzrə təhsil alır. Məktəb 5 günlük və 2 növbəlidir.

    Müxtəlif illərdə məktəbin şagirdləri Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təşkil olunan fənn olimpiadalarında və digər beynəlxalq yarış və olimpiadalarda, idman yarışlarında uğurlar əldə ediblər.

    Məktəbdə şagirdlərin elmi dünyagörüşünün formalaşdırılması, yaradıcı təfəkkürünün inkişafı, bilik və bacarıqlarının möhkəmləndirilməsi məqsədi ilə yaradılmış “Kiçik Akademiya” fəaliyyət göstərir. 

   

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi