FƏXRİMİZ

                                                                                                                    

     Rövşən İmanov 1969-cu il iyunun 27-də Bakı şəhərində anadan olub. Hələ uşaqlıq illərindən vətənpərvər ruhda böyümüş və daim Vətəni qorumaq, onun keşiyində durmaq arzusu ilə yaşayıb. O, 1976-cı ildə  205 nömrəli orta məktəbin birinci sinfinə daxil olub. 1984-cü ildə səkkizillik orta təhsilini başa vurduqdan sonra 68 nömrəli texniki-peşə məktəbində ixtisas təhsili alıb. 1987-1989-cu illərdə ordu sıralarında hərbi xidməti uğurla başa vurub. 

   1991-ci ildə Xüsusi Polis Dəstəsinə daxil olan Rövşən Daşaltı, Kərkicahan, Şuşa, Goranboy və digər yaşayış məntəqələri ətrafında baş verən qanlı döyüşlərdə qəhrəmanlıq göstərib.

   1992-ci il iyulun 22-də Ağdərədə düşmənin hücumunu dəf edərkən qəhrəmancasına şəhid olub.

   Elə həmin il Rövşən Nadir oğlu İmanovun adı 205 nömrəli tam orta məktəbə verilib.

    

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi