Kiçik Akademiya

Aprel döyüşləriMəktəbin tarix müəllimi Bilurə Əliyeva və "Kiçik Akademiya" üzvlərinin birgə təşkilatçılığı ilə "Aprel döyüşləri" mövzusuna həsr olunmuş də"Dəyirmi masa" formatında görüş keçirilib. Görüşdə ilk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, daha sonra Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Şagirdlərin hazırladıqları videoçarxlar nümayiş olunub, şəhidlərimizin döyüş yolu barədə danışılıb.

Ətraflı

Linzalarda xəyalın qurulmasıBu gün fizika müəllimi Nigar Bayramova və "Kiçik Akademiya" üzvlərinin təşkilatçılığı ilə "Linzalarda xəyalın qurulması" mövzusunda maraülı təcrubə aparılıb. Xəyalın mövhumi və həqiqi alınmasını linzalar üzərində müşahidə etdik.

Ətraflı

Mina axtaran dronlarMəktəbin fizika, və steam müəllimi Nigar Xudiyeva və "Kiçik Akademiya" üzvlərinin təşkilatçılığı ilə "Mina axtaran dronlar" mövzusunda maraqlı dərs keçirilib. Dronların hərbi sahədə tutduqları yer günü gündən daha şox önəm qazanmağa başlamışdır. Biz Tello EDU dronlarımızla minalanmış əraziləri təmizləyən dronların iş prinsipi və hərəkət alqoritminin necə olduğunu şagirdlərlə öyrəndik.

Ətraflı

Nitrat turşusunun duzlarıMəktəbin kimya müəllimi Təranə Nəsirovanın təşkilatçılığ ilə KA üzvləri nitrat turşusunun duzları mövzusunda maraqlı dərs hazırlayıblar. Kalium-nitratın pirotexnikada və qara barıtın alınmasında tətbiqi nitratların parçalanmasına əsaslanır. Qara barıtın yanması aşağıdakı tənlik üzrə baş verir. 2KNO3+3C+S->K2S+3CO2+N2

Ətraflı

31 mart Azərbaycanlıların Soyqırımı GünüdürMəktəbimizdə tarix müəllimi Fəridə Osmanova və "Kiçik Akademiya" üzvlərinin təşkilatçılığı ilə 31 mart Azərbaycanlıların Soyqırımı Günüdür mövzusunda "Dəyirmi masa" təşkil olunub. Tədbirdə ilk öncə Azərvaycan Respublikasının Dövlət Himni səsləndirilib. Soyqırım qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. F.Osmanova bildirib ki, Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin 26 mart 1998-ci il tarixli sərəncamı ilə 31 Mart Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunur. Azərbaycanlıların kütləvi surətdə qırğını, repressiyalara məruz qalması, doğma yurdlarından sürgün edilməsi və didərgin salınması XX əsr tarixinin ən faciəli və dəhşətli səhifələrindəndir. "Dəyirmi masa" da şagirdlər hazırladıqları divar qəzetləri ilə çıxış ediblər. Sonra 31 Mart - Azərbaycanlıların Soyqırımına həsr olunmuş videoçarx nümayiş olunub.

Ətraflı

"Təbiəti sevək və qoruyaq""Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində məktəbin biologiya müəllimi Könül Əliyeva və KA üzvləri "Təbiəti sevək və qoruyaq" mövzusunda "Dəyirmi masa" keçirdiblər. Fənn müəllimi şagirdlərə mövzu ilə bağlı ətraflı məlumat verib. Şagirdlərin hazırladıqları təqdimatlar nümayiş olunub. Uşaqlar mövzu ilə bağlı bir birilərinə suallar verib. Sonda mövzu ilə bağlı videoçarx izləyiblər.

Ətraflı

"Yaşıl dünya naminə həmrəylik ili"2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi məqsədilə məktəbdə bir sıra nümunəvi dərslər keçirilib. Bu məqsədlə də məktəbin biologiya müəllimi Sədaqət Nuriyeva və KA üzvləri bitkilərə düzgün qulluq qaydaları haqqında maarifləndirmə işi aparıblar. Maarifləndirmə işinin əsas məqsədi bitkilərə düzgün qulluq qaydalarının əyani şəkildə göstərməkdən ibarət olub. Yaşıl sinif otağında müxtəlif növ dibçək gülləri əkilmiş və əkilən güllərə şagirdlər tərəfindən qulluq edilib. Bu işdə uşaqlar bir- birilərinə kömək edib, bitkilər haqqında fikirlərini bölüşüblər.

Ətraflı

Ümumdünya Mülki Müdafiə Günü1 Mart Ümumdünya Mulki Müdafiə Günü ilə əlaqədar məktəbin hərbi rəhbəri Emin Əliyev və KA üzvləri ilə birlikdə xüsusi dərs keçirilib. E. Əliyev şagirdlərə əlehqaz haqqında nəzəri məlumat verib. Əlehqaz haqqında praktiki olaraq əlehqazın istifadə qaydası göstərilib və şagirdlər tərəfindən istifadə olunub. İkinci mərhələdə isə yanğınsöndürmə balonu haqqında ətraflı məlumat verib və istifadə qaydası göstərilib.

Ətraflı

" Xocalını unutmadıq unutdurmarıq"Bu gün Xocalı soyqırımı ilə əlaqədar məktəbin tarix müəllimi Fəridə Osmanova və "KA" üzvlərinim təşkilatçılığı ilə "Xocalını unutmadıq və unutdurmarıq" adlı tədbir keçirilib. Tədbirdə ilk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra Xocalı qurbanlarının və respublikamızın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. F.Osmanova çıxış edərək bildirib ki, Ermənistan silahlı qüvvələri bölmələrinin təkcə azərbaycanlılara qarşı deyil, eyni zamanda bütün bəşəriyyətə, insanlığa qarşı törətdiyi soyqırımının 32-ci ildönümünün əvvəlki illərdən fərqli olaraq bu il yeni bir məzmunda- qələbə əhval-ruhiyyəsi ilə anılır. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu düşmən üzərində qələbə çalaraq Xocalı qurbanlarının və bütün şəhidlərimizin intiqamını alıb. Lakin, Xocalı soyqırımı xalqımızın qan yaddaşından heç vaxt silinməyəcəkdir. Mövzu haqqında ətraflı çıxışdan sonra şagirdlərin videoçarxları və təqdimatları nümayiş olunub, şeirlər səsləndirilib. Tədbirdə 8C sinif şagirdi Hüseynov Osman Xocalı soyqırımına həsr etdiyi şeirini səsləndirib.

Ətraflı

"Xocalı soyqırımı uşaqların gözü ilə"Bu gün məktəbdə Xocalı Soyqırımının 32-ci ildönümü ilə əlaqədar "Kiçik Akademiya" üzvləri arasında "Xocalı soyqırımı uşaqların gözü ilə" mövzusunda rəsm müsabiqəsi təşkil olunub. Müsabiqənin məqsədi Xocalı faciəsinin qurbanlarını ehtiramla yad etmək, şagirdlər arasında milli vətənpərvərlik ruhunu yüksəltmək, gənc nəslə tarixi həqiqətləri çatdırmaq və istedadlı şagirdlərin yaradıcılıq potensiallarını üzə çıxartmaqdan ibarət olub. Uşaqlar çəkdikləri rəsmlərdə ermənilərin Xocalı sakinlərinə qarşı törətdikləri vəhşilik və soyqırımı rəngli boyalarla əks etdiriblər. Şagirdlər böyük qürur hissi ilə rəsmlərini nümayiş etdiriblər.

Ətraflı

"Ana dili- milli saflığımızdır"21 fevral bütün dünyada Beynəlxalq Ana dili günü kimi qeyd olunur. Bu məqsədlədə məktəbdə silsilə tədbirlər, konfranslar, seminarlar təşkil edilib. Bu gün məktəbdə Azərbaycan dili müəllimi Tacirə Aslanova və "Kiçik Akademiya" üzvlərinin təşkilatçılığı ilə "Ana dili- milli saflığımızdır" mövzusunda "Dəyirmi masa" keçirilib. Tədbirdə ilk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Tədbiri giriş sözü ilə açan T. Aslanova vurğulayıb ki, 1999-cu ilin noyabr ayında Birləşmiş Millətlər Təşkilatı (BMT) Banqladeş səfirinin təşəbbüsü ilə fevral ayınının 21-ni Beynəlxalq Ana Dili Günü kimi elan edilib. "Bu dil bizim ruhumuzun həm hissinin, həm sevincinin, həm də kədərinin tərcümanıdır. Bu dil tariximizə salınan körpüdür. Bayatının, dili yüyrək olan nağılların, Dədə Qorqudun boy boylayıb, soy soyladığı dastanın dilidir. Xalqımız əsrlər boyu böyük sınaqlardan, çətinliklərdən keçib, ancaq öz mənliyini, milliliyini, dilini itirməyib. "Dəyirmi masa" da şagirdlər ana dilimiz haqqında şeirler, bayatılar səsləndirib. Hazırladıqları referatları nümayiş etdiriblər. Sonda mövzu ilə bağlı videçarx izləyiblər.

Ətraflı

"Dilimiz varlığımızdır"Bu gün məktəbdə 21 fevral Beynəlxalq Ana Dili Günü ilə bağlı "Kiçik Akademiya" üzvlərinin təşkilatçılğı ilə "Dəyirmi masa" keçirilib. "Dəyirmi masa" da şagirdlər "Dilimiz -varlığımızdır! " mövzusunda geniş söhbər aparıblar. KA üzvləri B.Vahabzadənin "Ana dili" şeirini dinlədikdən sonra müəllifin dilimizə olan münasibətini şərh ediblər. Dilimizin qorunması ilə bağlı fikirlər irəli sürüblər. Dilimizlə bağlı kəlamları izləyiblər.

Ətraflı

İntellektual oyunBu gün məktəbimizdə "Kiçik Akademiya" üzvləri arasında Azərbaycan dili fənnindən məktəbin Uşaq Birliyi rəhbəri Günay Şükürovanın təşkilatçılğı intellektual oyun təşkil olunub. Yarışın qalibi İncəsənət komandası olub. Şagirdlər məktəb rəhbərliyi tərəfindən təltif olunub.

Ətraflı

"20 Yanvar- Qələbəyə aparan yol"19 yanvar 2024-cü il tarixində məktəbdə ilk dərslər "20 Yanvar" faciəsinə həsr olunub. Bu məqsədlə məktəbimizdə "20 Yanvar- Qələbəyə aparan yol" mövzusunda "Kiçik Akademiya " üzvlərinin iştirakı ilə "Dəyirmi masa" keçirilib. Tədbirdə ilk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Mövzu ilə əlaqədər videoçarx nümayiş olunub. Şagirdlər topladıqları məlumatları paylaşıblar. Hazırladıqları divar qəzetləri ilə çıxış edərək ətraflı məlumat veriblər. "Dəyirmi masa" da uşaqlar şəhidlərimiz haqqında şeirlər səsləndiriblər. 8C sinif şagirdi Osman Hüseynov 20 Yanvar faciəsi ilə bağlı yazdığı və səsləndirdiyi “ O qanlı gündə" şeirini söyləyib.

Ətraflı

"Xalqın xilaskarı"Ulu Öndər Heydər Əliyevin Anım günü ilə əlaqədar "Kiçik Akademiya" üzvləri və tarix müəllimi Bilurə Əliyevanın təşkilatçılığı ilə "Xalqın xilaskarı" adlı ədəbi- bədii kompozisiya təşkil olunub. Tədbirdə ilk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Daha sonra Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Ulu Öndərin həyat və yaradıcılığına həsr olunmuş videoçarx nümayiş olunub. Tədbirdə şagirdlərin ifasında şeir və mahnı səsləndirilib.

Ətraflı

Dronların proqramlaşdırılması24.11.2023-cü il tarixdə Binəqədi rayonu məktəblərinin “Kiçik Akademiya” üzvləri arasında təqdimat nümayişi təşkil olundu. Məktəbimizi layihədə Qarayev Ceyhun be Babayev Nicat təmsil ediblər.Lahiyədə Robotların(spike,ev3) ,mikrobitlərin ,dronları proqramlaşdıraraq işləmə mexanizmləri,faydaları,müasir dövrdəki əhəmiyyəti,proqramlaşma ilə süni intellektin yaradılması texnologiyası, Python proqramlaşdırma dilində mikrobitlərin proqramlaşması bacarıqları nümayiş etdirilib

Ətraflı

"Kiçik Akademiya" "Zəfər bizimdir"Məktəbdə "Kiçik Akademiya" üzvləri və tarix müəllimi Fəridə Əsgərlinin təşkilatçılığı ilə Zəfər Gününə həsr olunmuş “Zəfər bizimdir” adlı "Dəyirmi Masa" keçirilib. Tədbirdə ilk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə Fəridə Əsgərli çıxış edərək bildirib ki, 44 günlük Vətən Müharibəsindən artıq üç il keçib. Bu gün biz Zəfərimizin təntənəsini yaşayırıq. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 3 dekabr tarixli Sərancamına əsasən hər il noyabrın 8-i Azərbaycan Respublikasında Zəfər Günü kimi təntənəli şəkildə qeyd olunur. Tarixə qızıl hərflərlə yazılmış Zəfər Günü birliyimizin və milli iradəmizin rəmzidir. Bu bir sevindirici və qürurlu bir haldır ki, bütün işğal olunmuş torpaqlarımızda Azərbaycan Bayrağı dalğalandırılır. Mövzu haqqında ətraflı çıxışdan sonra şagirdlərin videoçarxları və təqdimatları nümayiş olunub. Akademiya üzvləri Vətənə, torpağa aid şeirlər səsləndiriblər.

Ətraflı

"Kiçik Akademiya" "Dəyirmi masa""Kiçik Akademiya" nın rəhbəri Bilurə Əliyevanın təşkilatçılığı ilə 2 fevral Gənclər günü ilə bağlı "Gənclər bizim gələcəyimizdir" mövzusunda Akademiyanın üzvlərinin iştirakı ilə "Dəyirmi masa" ətrafında maarifləndirici söhbət aparıb. "Dəyirmi masa" da ilk öncə Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib. Daha sonra Akademiyanın rəhbəri B.Əliyeva Ulu Öndər Heydər Əliyevin Azərbaycan gəncinin həyatında oynadığı rolundan, onun gənclər üçün necə bir örnək olduğundan danışıb. Sonra Gənclər günü ilə bağlı videoçarx nümayiş olunub.

Ətraflı

"Zəfər tariximiz""Kiçik Akademiya" üzvlərinin iştirakı ilə Zəfər tarixinə həsr olunmuş Dəyirmi masa" ətrafında söhbət aparılıb. Tədbirdə ilk öncə Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib daha sonra Vətən müharibəsində qəhrəmancasına döyüşərək şəhid olmuş igid oğullarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbir IX sinif şagirdlərinin iştirakı ilə təşkil olunub. "Kiçik Akademiya" nın rəhbəri Bilurə Əliyeva tərəfindən Zəfər tariximiz barədə iştirakçılara geniş məlumat verilib. Şagirdlər hazırladıqları təqdimatlarla çıxış ediblər

Ətraflı

Maqnit spektrı9-cu sinfin Fizika dərsində maqnit tozları vasitəsilə maqnit induksiya xətlərinin görünüşü əyani olaraq müşahidə edilib. Dəmir tozlarının yaratdığı bu mənzərə maqnit sahəsinin induksiya xətlərinin əyani təsvirini verir. Bu təsvir "Maqnit spektri"adlanır. Bəzi hallarda elə maqnit sahəsi yaratmaq olar ki, onun maqnit induksiya xətləri bir-birinə paralel olub eyni sıxlıqda paylanır.

Ətraflı

"Kiçik Akademiya"da inşa müsabiqəsiMəktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Ləman Güləliyevanın təşkilatçılığ ilə Kiçik Akademiya üzvləri arasında Zəfər Gününə həsr olunmuş inşa yazı müsabiqəsi keçirilib. Şagirdlər Vətən Müharibəsində əldə edilən tarixi Zəfərin qəhrəmanları, 30 illik həsrətinin sonunda qazanılan möhtəşəm Zəfər haqqında öz düşüncələrini yazıya köçürüblər.

Ətraflı

Robot proqramlaşdırılmasıMəktəbin imformatika müəlliminin təşkilatçılığı ilə Kiçik Akademiya üzvləri steam dərsindən Robotun proqramlaşdırılması mövzusunu öyrəniblər və robot elə proqramlaşdırılır ki, zərərçəkəni xilas etsin.

Ətraflı

Zərərli vərdişlərdən necə xilas olaq?Məktəbin psixoloqu Aytən Məmmədovanın təşkilatçılığı ilə Kiçik Akademiya üzvləri ilə "Zərərli vərdişlər" mövzusunda diskusiya aparıb. Mövzu ətrafında şagirdlərlə maarifləndirici söhbətlər aparılıb.

Ətraflı

Bədənimizin dirəkləri skletin quruluşuMəktəbin biologiya müəllimi Sədaqət Nuriyevanın təşkilatçılığı ilə Kiçik Akademiya üzvləri biologiya dərsində bədənimizin dayağı olan skletin qurluşunu öyrəndilər.

Ətraflı

Molekulyar əlifbaMəktəbin informatika və steam müəllimi Aytən Əliyevanın təşkilatçılığı ilə Kiçik Akademiyanın üzvləri Molekulyar əlifba haqqında araşdırma apardılar.

Ətraflı

"Zəfərin mübarək Azərbaycan"Zəfər günü ilə bağlı Kiçik akademiyanın rəhbəri Fəridə Əsgərlinin təşkilatçılığı ilə Kiçik Akademiya üzvlərinin iştirakı ilə dəyirmi masa keçirilib. Dəyirmi masada 44 günlük Vətən müharibəsindən və qazandığımız qələbədən söhbətlər aparılıb.

Ətraflı

31 mart Azərbaycanlıların Soyqırımına həsr olunmuş dəyirmi masaTədbirlər planına əsasən Kiçik Akademiyanın üzvlərinin iştirakı ilə 31 mart Azərbaycanlıların soyqırımı gününə həsr olunmuş dəyirmi masa ətrafında söhbət aparılıb. İlk öncə soyqırım qurbanları bir dəqiqəlik sükutla yad edilib. Daha sonra şagirdlərə soyqırım haqqında geniş məlumat verildi. Şagirdlər hazırladıqları təqdimatlarla çıxış etdilər.

Ətraflı

Xocalı Soyqırımının otuzuncu il dönümünə həsr olunmuş dəyirmi masa BŞTİ- nin 14.02.2022 ci il tarixli F-63 nömrəli əmrinə əsasən Xocalı soyqırımının otuzuncu ildönümü ilə əlaqədar Kiçik Akademiyanın üzvlərinin iştirakı ilə dəyirmi masa ətrafında söhbət aparılıb. Kiçik Akademiyanın rəhbəri tarix müəllimi Fəridə Əsgərli Xocalı soyqırımı haqqında şagirdlərə geniş məlumat verib. Şagirdlər hazırladıqları təqdimatlarla çıxış ediblər.

Ətraflı

20 Yanvar faciəsinə həsr olunmuş dəyirmi masaMəktəbin fəaliyyət planına əsasən 20 Yanvar faciəsinin otuz ikinci ildönümü ilə əlaqədar Kiçik Akademiyanın üzvlərinin iştirakı ilə dəyirmi masa ətrafında söhbət aparılıb. İlk öncə tədbir iştirakçıları şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.Dəyirmi masa ətrafında şagirdlərin təqdimatları nümayiş edilərək fikirləri dinlənilib. Kiçik akademiyanın rəhbəri tarix müəllimi Fəridə Əsgərli mövzu ətrafında geniş və ətraflı çıxış edib.

Ətraflı

"Kiçik Akademiya"Məktəbimizdə "Kiçik Akademiya" 14 noyabr 2015- ci ildən ildən fəaliyyət göstərir. "Kiçik Akademiya"nın əsas məqsədi şagirdlərin meyl və bacarıqlarının könüllü birliyidir. Bu yaradıcılıqda həmin şagirdlərlə toplantılar, seminarlar keçirilir. “Kiçik Akademiya”nın şagirdləri müəllimlərin rəhbərliyi ilə müəyyən edilmiş istiqamətlərdə məruzə, referat və hesabatlar hazırlayıblar. "KA"-nın üzvləri 03.10.2017-ci il, 24.01.2018, 24.05.2018-ci iltarixdə "Xəmsə" intellektual oyunlarında 08.11.2017ci il traixdə "Nə harada?,Nə zaman intelektual oyununda məktəbimizi təmsil etmişlər. "Kiçik Akademiya"da 5 kafedra fəaliyyət göstərir. Humanitar, Təbiət, Texniki, Estetika, Məntiq. 35- elmi işçi (şagird),10- elmi işçi (müəllim). Prezidenti- Umudova Dilbər, vitse prezidenti Ağayev Rəvan. 18 yanvar 2020-ci ildə Kiçik akademiyanın üzvləri "20 yanvar qan yaddaşımızdır" inşa yazı, "Plastik qablaşdırma tullantılarının ətraf mühitə mənfi təsiri " mövzusunda rəsm müsabiqəsi keçirilib. Azərbaycan Respublikası təhsil nazirinin 21.01.2008-ci il tarixli, 63 nömrəli əmri ilə təsdiq edilmiş "Kiçik Akademiya" haqqında Əsasnaməyə uyğun olaraq "Ümumi təhsil müəssisələrində "Kiçik Akademiya"ların fəaliyyətinin gücləndirilməsinə dair" BŞTİ-nin 29.01.2019-cu il tarixli F-67 nömrəli əmri rəhbərlik və icra üçün qəbul edilib. "KA"-nın məktəbimizdə fəaliyyətinin gücləndirilməsi istiqamətində məqsədyönlü işlər davam edir.

Ətraflı
HAQQIMIZDA

       Binəqədi ra...

BİZİM FƏXRLƏRİMİZ

Rəvan Ağayev Asəf

Fuad Həsənov Sahib

HAQQIMIZDA

       Binəqədi ra...

BİZİM FƏXRLƏRİMİZ

Rəvan Ağayev Asəf

Fuad Həsənov Sahib

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi